Qurban Qurbanov: "Rəqiblərimizin hamısı güclüdür"

Qurban Qurbanov: "Rəqiblərimizin hamısı güclüdür"

Topaz Premyer Liqasının 7-ci turunda "Simurq" səfərdə "Qarabağ"la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Oyundan sonra baş məşqçilərin səsləndirdikləri fikirləri nəzərinizə çatdırırıq:

Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Gərgin və sürətli oyun oldu. Hesab sonadək açılmadı. Əks-hücumlarda oynayıb qol vurmaq istəyirdik. Komanda sona qədər mübarizə apardı".

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "90 dəqiqə ərzində oyunda üstünlüyə yiyələnmək istədik. Rəqibin müdafiədə yaxşı oynadığını bilirdik. Həm hücumda, həm müdafiədə uğurlu oynadıq. Komandamızda psixoloji yorğunluq var. Çalışacağıq ki, komandanı daha yaxşı vəziyyətə gətirək. Rəqiblərimizin hamısı güclüdür".

Bütün xəbərlər Facebook səhifəmizdə