"Real"ın prezidenti bu futbolçu üçün 70 milyon avro ödəyəcək!

"Real"ın prezidenti bu futbolçu üçün 70 milyon avro ödəyəcək!

UEFA Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandıran Madrid "Real"ı, gələn mövsüm üçün transfer işlərinə start verib. Siasport.az saytı xəbər verir ki, kral klubununu prezident müşaviri olan Zinəddin Zidan, "Tottenhem"in 23 yaşlı futbolçusu Garet Bale üçün ingilis klubuna 70 milyon avro təklif edəcəklərini elan edib. İngiltərə Premyer Liqasında göstərdiyi möhtəşəm oyunla Avropanın aparıcı futbol klublarının diqqətini öz üzərinə çəkən gənc futbolçu, kral klubu üçün vazkeçilməz transferə çevrilib. Z.Zidan bildirib ki, "Real" prezidenti Fiorentino Peres bu futbolçunun transferi üçün ona xüsusi tapşırıq verib və bu məsələdə heç bir mailiyyə problemi ola bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə