Finlandiya və Estoniya yığmaları ilə yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Siasport.az saytının məlumatına görə, zədə səbəbindən David Qarayev ("Ska Energiya", Rusiya) yığmanın heyətindən çıxarılıb, onun əvəzinə "Neftçi" klubundan Kənan Manafov toplanışa dəvət olunub.
Xatırladaq ki, U-19 martın 16-dan 19-dək Finlandiyada, martın 19-dan 25-dək isə Estoniyada təlim-məşq toplanışında olacaq. Yığmamız martın 18-də Finlandiya, martın 22-də və 24-də isə Estoniya komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB