Keçmiş "Beşiktaş"lı Milan "İnter"ində!

İstanbulun "Beşiktaş" futbol klubunun keçmiş futbolçusu Milan "İnter"ində çıxış edəcək. Siasport.az saytı xəbər verir ki, bir vaxtlar "qara qartal"da çıxış etmiş norveçli Con Garev, argentinalı Diyeqo Militonun zədələnməsindən sonra, onun mövqeyini gücləndirmək üçün Milan klubuna transfer olunacaq. Türkiyə mətbuatı xəbər verir ki, 34 yaşlı təcrübəli futbolçu ona edilən transfer təklifini həyatının sürprizi adlandıraraq bildirib ki, var gücü ilə "İnter"in uğurları üçün çalışacaq. Xatırladaq ki, C.Garev, "Beşiktaş"dan başqa, eyni zamanda "Lyon", "Valensiya", "Vest Hem" kimi komandalarda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə