Antalyada təlim-məşq prosesini davam etdirən "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədə ilk yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, "Antalyaspor"un U-18 komandası ilə qarşılaşan qırmızı-qaralar 2:5 hesabı ilə məğlub olub.
Matça sürətli başlayan "Qəbələ" ilk 20 dəqiqədə bir neçə fərqlənmək imkanı yaxalasa da, şansları boşa verib. Əvəzində rəqib ilk yarı ərzində yaratdığı təhlükəli vəziyyətlərin demək olar ki, hamısını dəyərləndirib və birinci hissə 4:0 hesabı ilə yekunlaşıb.
İkinci hissə fərqli ssenaridə davam edib. Meydançanın bütün xətlərində üstünlüyü ələ keçirən "Qəbələ" ardıcıl iki dəfə fərqlənməyi bacarıb. Coşqun Süleymanov və Emin Zamanov hesab arasındakı fərqi ikiyə endirib. Final fitinə kimi üstünlüyü əldən verməyən qırmızı-qaralar daha bir neçə qol şansı yaxalasalar da, hücumları müsbət sonluqla tamamlaya bilməyiblər. Sona 5 dəqiqə qalmış "Antalyaspor" daha bir dəfə "Qəbələ"nin qapısına yol tapıb və matç 5:2 hesabı ilə sona çatıb.
Qeyd edək ki, "Qəbələ" növbəti yoxlama oyununu yanvarın 19-da keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB