Fatih Terimin keçmiş futbolçusu nazir oldu

Fatih Terimin keçmiş futbolçusu nazir oldu

Məşhur gürcü futbolçusu, vaxtilə İtaliya "Milan"ının ulduz futbolçusu olmuş Kaxa Kaladze, yeni yaradılan Gürcüstan Hökumətində Baş nazirin müavini və enerji naziri vəzifəsinə gətirilib. Siasport.az saytı xəbər verir ki, Fatih Terimin "Milan"da baş məşqçi olduğu vaxtlarda onun rəhbərliyi altında çıxış edən keçmiş futbolçu, dünən "Qalatasaray"ın təlim məşq bazasına gələrək, keçmiş məşqçisi ilə görüşüb. Daima F.Terimi dünyanın ən yaxşı futbol mütəxəssislərindən biri hesab etdiyini deyən K.Kaladze bildirib ki, dövlət vəzifəsi tutmasına baxmayaraq daima F.Terimin yanında olmağı və ondan ən kritik durumlarda məsləhət almağı özünə borc bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə