"Bakı"nın futbolçuları 4 oyunluq cəzalandı

"Bakı"nın futbolçuları 4 oyunluq cəzalandı

AFFA-nın İntizam Komitəsi 13 noyabr 2012-ci il tarixli iclasında "Azercell U-17 Liqa"nın 12 noyabr 2012-ci il tarixində keçirilmiş "İnter" – "Bakı" matçı haqqında verdiyi qərara matçın hakiminin və hakim-inspektorunun raportları əsasında yenidən baxıb. Siasport.az saytı komitənin yenidən qəbul etdiyi qərarları nəzərinizə çatdırır:

- Oyun başa çatdıqdan sonra "Bakı" klubunun 20 №-li futbolçusu Valeh Seyidov, 17 №-li futbolçusu Azamat Qarayev, 22 №-li futbolçusu Vüqar Namazəliyev aqressiv hərəkətə görə (rəqibə zərbə) hər bir futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

- Oyundan sonra meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi "İnter" klubuna təhlükəsizliyi yüksək şəkildə təmin etməsi haqqında xəbərdarlıq edilir.

- Oxşar halların "Bakı" klubunun iştirakı ilə dəfələrlə baş verdiyini, klubdaxili intizamın aşağı səviyyədə olduğunu nəzərə alaraq analoji hadisənin baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com