"İnter" yenidən toplandı

AZAL ilə matçdan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze futbolçularına 1 günlük istirahət vermişdi. Siasport.az saytının məlumatına görə, artıq "Şəfa" stadionunda toplaşan komanda Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Turan"a qarşı keçiriləcək matça hazırlaşır. "İnter" dünən axşam saatlarında növbəti məşqinə çıxıb.

Qeyd edək ki, "İnter"-"Turan" matçı noyabrın 18-də keçiriləcək. Oyun "Şəfa" stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə