AFFA cərimləri açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

19 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının IX turunun "Neftçi" – "Kəpəz" matçında "Kəpəz" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

20 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının IX turunun "Turan" – AZAL matçında "Turan" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

21 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının IX turunun "Xəzər Lənkəran" – "Qəbələ" matçının 82-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

20 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun "Sumqayıt" – "Rəvan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

20 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun "Xəzər Lənkəran" – "Qəbələ" matçının 74-cü dəqiqəsində "Qəbələ" klubunun 48 №-li futbolçusu Əziz Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

19 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VI turunun "Qala" – "Şuşa" matçında "Qala" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün klub 100 manat cərimə olunur(maddə 40).

20 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VI turunun "Tərəqqi" – "Şahdağ" matçında "Şahdağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

21 oktyabr 2012-ci il, Futzal üzrə Azərbaycan birinciliyinin "Spartak" – "Metro Air" matçının 12-cu dəqiqəsində "Metro Air" klubunun 5 №-li futbolçusu Seymur Müslümov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 12-ci dəqiqəsində "Spartak" klubunun 7 №-li futbolçusu Ramiz Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

15 oktyabr 2012-ci il "Azercell U-17 Liqa"nın "İnter" – "Xəzər Lənkəran" matçının 48-ci dəqiqəsində "İnter" klubunun 13 №-li futbolçusu Kərim Əliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Matçın 80-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 1 №-li futbolçusu Peyman Məmmədzadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

18 oktyabr 2012-ci il U-16 Liqasının "Turan" – "Xəzər Lənkəran" matçı başa çatdıqdan sonra "Xəzər Lənkəran" klubunun 25 №-li futbolçusu Fazil Hüseynli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

16 oktyabr 2012-ci il "Kapital Bank U-15 Liqa"nın "Şahdağ" – "Sumqayıt" matçının 5-ci dəqiqəsində "Şahdağ" klubunun 11 №-li futbolçusu Bahəddin Yaqubov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

16 oktyabr 2012-ci il "Kapital Bank U-15 Liqa"nın "Simurq" – "Vətən" matçının 30-cu dəqiqəsində "Simurq" klubunun 9 №-li futbolçusu Cəbrayıl İsayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

20 oktyabr 2012-ci il U-14 Liqasının "Vətən" – "Bakı 008" matçının 23-cü dəqiqəsində "Bakı 008" klubunun 9 №-li futbolçusu Eldar Əmirbəyov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).

20 oktyabr 2012-ci il U-14 Liqasının "Abşeron" – UGİM (Abşeron) matçında UGİM (Abşeron) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

20 oktyabr 2012-ci il U-14 Liqasının "Şahdağ" – UGİM (Quba) matçında UGİM (Quba) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

20 oktyabr 2012-ci il U-14 Liqasının "Göyçay OK" – UGİM (Şamaxı) matçının 48-ci dəqiqəsində "Göyçay OK" klubunun 2 №-li futbolçusu Sadiq İbrahimov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).

20 oktyabr 2012-ci il Coca-Cola U-13 Liqasının UGİM (İsmayıllı) – "Təhsil" (Oğuz) matçının 40-cı dəqiqəsində "Təhsil" (Oğuz) klubunun 5 №-li futbolçusu Nüsrət İsmayıllı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

21 oktyabr 2012-ci il Coca-Cola U-13 Liqasının UGİM (Ağcabədi) – UGİM (Mingçevir) matçının 14-cü dəqiqəsində UGİM (Mingəçevir) klubunun 3 №-li futbolçusu Şamxal İldırımlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня