İstanbulun "Qalatasaray" futbol klubunun prezidenti Ünal Aysal, bir çox Avropa nəhənglərinin transfer hədəfində olan braziliyalı ulduz futbolçu Kaka üçün astronomik sayılacaq transfer təklifi ilə çıxış edib. Siasport.az saytı Türkiyənin "Sporx.com" idman saytına istinadən xəbər verir ki, daha çox Devid Bekhemin çıxış etdiyi "Los Anceles Qalaxt" klubuna transfer olunacağı ilə bağlı məlumatlar dolaşan "Real"ın braziliyalı ulduzunu "Qalatasaray"da görmək istəyən Ü.Aysal, Kakaya illik 6 milyon avroluq məvacib təklif edib. İdman saytı yazır ki, "Qalatasaray" prezidentinin təklifi artıq braziliyalı futbolçunun menecrinə də çatıdırlıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB