"Olimpiya oyunlarında iştirak etmək üçün uzun yol qət etmişəm. Çox sevinirəm ki, qızıl medal qazandım". Siasport.az saytının məlumatına görə, bu sözləri sərbəst güləş üzrə olimpiya çempionu Şərif Şərifov deyib. O, federasiya rəhbərliyinə və məşqçilərinə minnətdarlığını bildirib: "Məşqçilərimə, federasiya rəhbərliyinə və azarkeşlərə təşəkkürümü bildirirəm. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevə xüsusilə minnətdarlığımı bildirirəm. O, hər zaman yanımızda oldu.
Mən əmin idim ki, qalib gələcəyəm. Məğlubiyyət haqqında düşünmürdüm. Çünki məqsədim olimpiya çempionu olmaq idi. Ən çətin görüşüm türkiyəli idmançı ilə oldu. Mədə nahiyəmdə ağrılar olduğuna görə, özümü pis hiss edirdim. Fikirləşirdim ki, türk idmançını məğlub etsəm, çempion olacam. Çünki türk güləşçi növbəti rəqibimindən daha güclü idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB