Premyer Liqanın ilk turunda 2 heç-heçə, bir səfər qələbəsi

Premyer Liqanın ilk turunda 2 heç-heçə, bir səfər qələbəsi

Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, bu gün 3 qarşılaşma baş tutub. Oyunların nəticələrini nəzərinizə çatdırırıq:

Premyer Liqa

1-ci tur

4 avqust (şənbə)

SUMQAYIT - AZAL - 2:2

Qollar: Cavid Tağıyev, 12 (0:1), Orxan Əliyev, 45 (1:1), Pərdis Fərcad-Azad, 59 (2:1), Zohair Benuahi, 72 (2:2)

Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Orxan Məmmədov.

Sumqayıt. Mehdi Hüseynzadə adına stadion.

SUMQAYIT: 1. Səlahət Ağayev, 2.Atam Məhəmməd Əli, 3. Aftandil Hacıyev, 4. Samir Abbasov (k), 5. Murat Doymuş, 7. Fərcad-Azad Pərdis, 13. Murad Ağayev, 10. Ceyhun Sultanov, 22. Slavik Alxasov, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov.

Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 11. Sabir Allahquliyev, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov.

AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 4. Aylton Xose Junior, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 11. Zohair Benuahi, 15. Oskar Klyava, 16. Junior Nildo, 3. Usim Nduka, 20. Branislav Arseniyeviç, 28. Artur Patras.

Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 8. Elman Taqayev, 10. Tərlan Xəlilov, 17. Viktor İbekoyi, 22. Ruslan Tağızadə, 37. Andryus Veliçka, 99. Orxan Həsənov.

Oyun başladı

Hər iki komanda oyuna ehtiyatlı başlayıb və ilk dəqiqələr sakit məcrada keçir

C.Tağıyev meydan sahiblərini cəzalandırır - 0:1

Sumqayıtlılar oyunda dönüş yaratmaq üçün hələ ki, ciddi heç nə edə bilmirlər

Meydanda çox sönük oyun gedir

Pərdis cavab qolunu vurmağa yaxın olsa da, baş zərbəsində dəqiqlik çatışmır

Tağıyevin dublunu rəsmiləşdirməsinə azacıq dəqiqlik çatışmır

Qurbanovun cinah ötürməsini Orxan Əliyev effektli zərbə ilə tora qovuşdurur - 1:1

Birinci hissə başa çatdı

İkinci hissə başladı

Hər iki komanda növbəti qolu vurmağa çalışır

Pərdis Fərcad-Azad meydan sahiblərini önə keçirən qola imza atır - 2:1

Zohair Benouahi hesabı bərabərləşdirir - 2:2

Hər iki komanda hücumlarını davam etdirir və start matçında uduzmaq istəmir

Benuahinin dubla imza atmasına son anda Səlahət mane olur

R.Qurbanov qol vurmağa yaxın olsa da, Cahangir əla oynayır

Matç başa çatdı

KƏPƏZ - TURAN - 1:2

Qollar: İrakli Beraya, 11 (1:0), Murad Ağakişiyev, 39 (1:1), Azər Məmmədov, 75 (1:2).

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.

Gəncə. Şəhər stadionu.

KƏPƏZ: 1. İvan Radoş, 5. Əli İsmayılov (k), 66. Lyuba Baranin, 15. Şahin Kərimov, 17. Renat Sultanov, 18. Nikolay Svejnitsov, 10. Armando Feutçin, 11. Qoqa Beraya, 9. İrakli Beraya, 6. Məhərrəm Hüseynov, 30. Yuri Fomenko .

Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 4. Azər Məmmədov, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 19. Sərxan İsmayılov, 3. Təbriz Hüseynli, 14. Georgi Sepiaşvili.

TURAN: 28. Mikayıl Yusifov, 2. Hüseyn İsgəndərov, 3. Ante Zuzak, 4. Levan Çxetiani, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev, 11. Qoqi Pipia, 17. Fərmayıl Əliyev, 21. Antonio Rukavina.

Ehtiyat oyunçular: 27. Natiq Sərhətov, 7. Azər Məmmədov, 13. Bayram Kərimov, 15. Rəşad Piriyev, 18. Seymur Tağıyev, 19. Asəf Qədiri, 20. İlkin Sadıqov.

Oyun başladı

Kəşfiyyat xarakterli ilk dəqiqələrdə medan sahibləri daha fəal təsir bağışlayırlar

İrakli Beraya meydan sahiblərini önə keçirir - 1:0

Gürcü futbolçunun vurduğu qol yeni mövsümün ilk qoludu!

Tovuzlular qoldan sonra hücuma atılsalar da, hələlik istəklərinə nail ola bilmirlər

Armando rəqibin üç müdafiəçisindən əla sıyrılsa da, qapıya dəqiq zərbə vura bilmir

Murad Ağakişiyev tovuzluları məğlubiyyətdən xilas edən qola imza atır - 1:1

Buraxılan qoldan sonra "Kəpəz" yenidən hücuma atılır

Armando daha bir qol şansını boşa verir

Birinci hissə başa çatdı

İkinci hissə başladı

Fasilədən sonra bir qədər sönük oyun keçsə də, qonaqlar əzən kobud oyuna da əl atırlar

"Kəpəz"in müəyyən üstünlüyü var

Məhərrəm Hüseynov qapıya dəqiq zərbə vura bilmir

Fomenkonun zərbəsi qapının üstündən keçir

Müdafiəçilərin kobud səhvindən yararlanan Azər Məmmədov qonaqları hesabda önə keçirir - 1:2

"Turan" tam müdafiəyə çəkildiyindən üstünlük meydan sahiblərinin tərəfindədi

Matç başa çatdı

SİMURQ – QƏBƏLƏ - 1:1 (0:1)

Qollar: Deyan Kelhar, 21 (0:1), İlkin Qırtımov, 66 (1:1).

Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Fərid Məmmədov.

Zaqatala. Şəhər stadionu.

SİMURQ: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 5. Rüstəm Abbasov, 7. Ruslan Poladov, 9. Marçin Burkhard, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 79. Nenad Stoyanoviç.

Ehtiyat oyunçular: 99. Əyyub Əliyev, 18. Qafar Qafarov, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov, 24. Mehman Məmmədov, 20. Rəşad Əyyubov, 8. Qədir İbrahimov.

QƏBƏLƏ: 25. Kosta Silva Dieqo, 3. Vurğun Hüseynov (k), 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 15. Kalabane Umar, 18. Aleksandr Çertoqanov, 21. Elmar Baxşiyev, 27. Rəşad Abdullayev, 34. Ürfan Abbasov, 84. Kelhar Deyan, 88. Nodar Məmmədov.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 20. Rəşid Əmiraslanov, 22. Lorival Asis, 23. Şəhriyar Xəlilov, 45. Murad Musayev.

Bütün xəbərlər Facebook səhifəmizdə