İspaniya La Liqasının sonuncu qalibi olan "Real Madrid" klubu "Eusebio" Kuboku uğrunda mübarizədə Portuqaliya təmsilçisi "Benfika" ilə üz-üzə gəlib. Siasport.az saytının məlumatına görə, "Estadio da Luz" stadionunda keçirilən qarşılaşmada "Real" 5:2 hesabı ilə məğlub olub. Jose Mourinyonun yetirmələri 18 və 21-ci dəqiqələrdə vurduğu qollarla önə keçsələr də, qarşılaşmanın ikinci yarısında "Benfika" azarkeşlərini sevindirməyi bacarıb.
Qeyd edək ki, əvəzedici heyətlə meydana çıxan "Real"da Di Maria, Kaka və Qonzalo Hiquanın bir neçə dəfə fərqlənmək üçün şansları olsa da, cəhdləri bir nəticə verməyib.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB