Jurnalist təşkilatı \"Neftçi\"ni \"Barselona\" kimi oynamağa çağırdı

Jurnalist təşkilatı \"Neftçi\"ni \"Barselona\" kimi oynamağa çağırdı

\"Jurnalistlər Sülh və İnkişaf Uğrunda\" İctimai Birliyi, UEFA Çempionlar Liqasında mübarizə aparan Bakının \"Neftçi\" futbol klubunu "Zestafoni" ilə keçiriləcək sabahkı qarşılaşmada əzmkar və soyuqqanlı futbol oynamağa çağırıb. Qurumun rəhbəri Mətləb Salahov bildirib ki, "Neftçi" Azərbaycan futbolunun flaqmanı olduğu üçün sabahkı qarşılaşmada əzmkar qələbə qazanaraq, futbol azarkeşlərini sevindirməlidir: "Artıq "Neftçi"nin əsl tarix yazmaq zamanı gəlib. Böyük tarixə malik olan bir komandanın həttda Avropa Liqasının qrup mərhələsinə belə düşməməsi acınacaqlı haldır. Nəzərə alanda ki, gürcü klubunu keçəcəyi halda flaqmanı daha asan rəqiblər gözləyir, o zaman "Neftçi"nin məğlub olmağa haqqı yoxdur. Çünki "Neftçi" Çempionlar Liqasının pleyy-offunda məğlub olsa da belə, Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq ki, bu da Azərbaycan futbol tarixi üçün böyük hadisə olardı. Mən Tərlan Əhmədovdan xahiş edərdim ki, komandanın futbolçularını "Barselona" sistemində oynatsın. Yəni topu daha çox özündə saxlamaq və qısa ötürmələrlə rəqib müdafiəsini asanca yarıb keçmək. Digər bir baxımda "Neftçi"dəki ən böyük problem, komandanın hücum və müdafiə xətti arasında "dəmir rabitə xətti"nin hələ istənilən səviyyədə olmamasıdır. Əminik ki, komandamız bütün nöqsanalrı aradan qaldıraraq UEFA Çempionlar Liqasının pleyy-off mərhələsinə qədər mübarizəni davam etdirəcək"-deyə M.Salahov fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə