Qurban Qurbanov Barselonadan Antalyaya yollanıb

Qurban Qurbanov Barselonadan Antalyaya yollanıb
Xəbər verdiyimiz kimi, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov İspaniyanın Barselona şəhərinə yerli "Barselona" futbol klubunun təlim-məşq prosesində iştirak etmək, klubun praktikasından yararlanmaq üçün səfər etmişdi. Siasport.az saytının verdiyi xəbərə görə, artıq Q.Qurbanov İspaniyadan klubunun təıim-məşq prosesi keçdiyi Türkiyənin Antalya şəhərinə gəlib. "Qarabağ"ın baş məşqçisi, keçirdiyi görüşlərlə bağlı ətraflı məlumat verməsə də, bu səfərin komanda üçün faydalı olacağı qeyd olunur. Xatırladaq ki, Qurban Qurbanov bu gündən etibarən "Qarabağın" məşqlərində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə