U-16 Liqasının oyunu canlı yayımlanacaq

U-16 Liqasının oyunu canlı yayımlanacaq
AFFA-nın U-16 Liqasının VII turu çərçivəsində bu gün saat 14:00-da, "Bakı" FK-nın Təlim-Məşq Bazasının stadionunda keçiriləcək "Bakı" - OEUGİM oyunu İdman Azərbaycan kanalında canlı yayımlanacaq.
AFFA-nın bayrağı altında təşkil olunan digər liqalarda "Bakı" klubunun müvafiq yaş qrupundan ibarət komandalarının keçirdiyi oyunların "Bakı" klubunun təşəbbüsü ilə İdman Azərbaycan kanalında nümayiş olunması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə