\"Bakı\"-\"Turan\" oyunu baş tutmayacaq

\"Bakı\"-\"Turan\" oyunu baş tutmayacaq
Premyer Liqa klublarının əvəzedici komandaları arasında ölkə çempionatının XIII turunda "Bakı" – "Turan" oyunu baş tutmayacaq. SİA-nın verdiyi məlumata görə, buna səbəb qonaq komandanın meydana çıxmamağıdır. Maddi problemlər son həddə çatdığından "Turan" rəhbərliyi əsas komandadan gedən futbolçuların yerini əvəzedici heyətin üzvləri ilə doldurmalı olub. Bu isə o deməkdir ki, "Turan" "Bakı" ilə əsas komandaların görüşündən 1 gün öncə, yəni sabahkı oyunda əvəzedicilərini meydana çıxara bilməyək. Nəticədə "Turan"a texniki məğlubiyyət veriləcək və "Bakı"nın əvəzediciləri meydana çıxmadan 3 xalı qazanacaq. "Zolaqlılar"ın əsas komandası isə qarşısına əvəzedici futbolçular çıxacağından qələbə qazanmaq şansı böyükdür.

Bütün xəbərlər Facebook səhifəmizdə