"Fənərbaxça"lı futbolçular sabah "Beşiktaş" üzərindəki qələbəni Əziz Yıldırıma həsr edəcəklər

"Fənərbaxça"lı futbolçular sabah "Beşiktaş" üzərindəki qələbəni Əziz Yıldırıma həsr edəcəklər
Sabah əzəli rəqiblərindən olan "Beşiktaş"la "İsmət İnönü" stadionunda üz-üzə gələcək İstanbulun "Fənərbaxça" futbol klubunda, oyun qabağı yüksək əhval-ruhiyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, bir çox zədəli futbolçuların olmasına və bu klub üzərindəki psixoloji gərginliyə baxmayaraq, "Fənərbaxça" futbolçuları sabahkı vacib derbidə qalib gələcəklərinə əmindirlər. Futbol üzrə Türkiyə millisinin və "Fənərbaxça"nın əsas forvardlarından sayılan Emrə Bəlözoğlu jurnalistlərə bildirib ki, sabahkı qarşılaşmada əldə edəcəkləri qələbəni, hazırda həbsxanada olan "Fənərbaxça" prezidenti Əziz Yıldırıma həsr edəcəklər. O bildirib ki, bu, klub prezidentinə ən yaxşı hədiyyə olacaq. İstanbul klubunun braziliyalı kapitanı Aleks de Souza, Semih Şentürk, Kristiyano Borano, Mehmet Topal da "Fənərbaxça"nın rəsmi saytında yer alan açıqlamalarında "İsmət İnönüdə" qələbə qazanacaqlarına əmin olduqlarını dilə gətirərək, bu qələbəni "Metris" həbsxanasında saxlanılan klub prezidentinə hədiyyə edəcəklərini bildiriblər. Sözsüz ki, sən saydığını say, gör "Beşiktaş" sabah "Fənərbaxça"ya nə sürpriz hazırlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə