AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
30 sentyabr 2011-ci il, 2011/2012 mövsümündə, XX Azərbaycan Premyer Liqasının VIII turunun "Qəbələ"– "Rəvan" matçının 76-cı dəqiqəsində "Rəvan" klubunun 11 №-li futbolçusu Şerif Suma kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 37.1).
30 sentyabr 2011-ci il, 2011/2012 mövsümündə, XX Azərbaycan Premyer Liqasının VIII turunun "Simurq" – "Neftçi" matçının 69-cu dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).
Oyun başa çatdıqdan sonra "Simurq" klubunun baş meneceri Zöhrab Əliyev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 (beş min) manat cərimə olunur (maddə 42.4).
29 sentyabr 2011-ci il, 2011/2012 mövsümündə, XX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Bakı" – AZAL matçında "Bakı" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).
29 sentyabr 2011-ci il, 2011/2012 mövsümündə, XX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Kəpəz" – "Sumqayıt Şəhər" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).
29 sentyabr 2011-ci il, 2011/2012 mövsümündə, XX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Simurq" – "Neftçi" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).
1 oktyabr 2011-ci il, 2011/2012 mövsümündə I divizionun IV turunun "Muğan" – "Şuşa" matçında "Muğan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
2 oktyabr 2011-ci il, 2011/2012 mövsümündə I divizionun IV turunun "Şəmkir" – "Neftçala" matçında "Şəmkir" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
2 oktyabr 2011-ci il, 2011/2012 mövsümündə I divizionun IV turunun MOİK – "MKT Araz" matçında "MKT Araz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
Matçın 80-ci dəqiqəsində MOİK klubunun 21 №-li futbolçusu Şamil Səlimxanov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48).
2 oktyabr 2011-ci il, 2011/2012 mövsümündə I divizionun IV turunun "Lokomotiv" – "Şahdağ" matçının 83-cü dəqiqəsində "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48).
Oyunun 90+2-ci dəqiqəsində "Şahdağ" klubunun 8 №-li futbolçusu İqrar Səmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 37.1).
23 sentyabr 2011-ci il, 2011/2012 mövsümündə, XX Azərbaycan Premyer Liqasının VII turunun "Neftçi" – "Bakı" matçı başa çatdıqdan "Bakı" klubunun futbolçusu Elvin Əliyev soyunub-geyinmə otağından çıxdıqdan sonra "Neftçi" klubunun avtobusuna yaxınlaşmış və orada ona qarşı fiziki təsir göstərilmişdir.
Bu hadisə kütləvi informasiya vasitələrində əks olunsa da, adıçəkilən insident barəsində matçın AFFA nümayəndəsi və "Bakı" klubu tərəfindən İntizam Komətəsinə yazılı müraciət olmamışdır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, İntizam Komitəsi aşağıdakı qərarları qəbul etdi:
1. Hər iki kluba daxili intizam qaydalarını gücləndirməsi tövsiyə edilir.
2. "Neftçi" klubu baş vermiş hadisə ilə bağlı təqsirkar şəxslər haqqında lazımi ölçü götürsün. Klub Azərbaycan Premyer Liqasının növbəti ev oyunları zamanı ictimai asayişi gücləndirsin və analoji hadisənin baş verməməsi üçün lazımi tədbirlər görsün. Əks halda, oxşar hadisənin baş verəcəyi təqdirdə "Neftçi" klubuna qarşı ən sərt tədbirlər görüləcəkdir.
3. Hakim-İnspektorlar Komitəsi matçın AFFA nüməyəndəsi haqqında qərar qəbul etsin və yazılı surətdə İntizam Komitəsinə məlumat versin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB