Ronaldo "Barselona"nın dünyanın ən yaxşı futbol klublarından biri olduğunu etiraf etdi

Ronaldo "Barselona"nın dünyanın ən yaxşı futbol klublarından biri olduğunu etiraf etdi

İspaniyanın "Real" futbol klubunun portuqaliyalı futbol ulduzu Kriştiyanu Ronaldo, "Barselona" ilə bağlı verdiyi açıqlamalarla yenidən gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol ulduzu "Barselona"nın dünyanın ən yaxşı futbol klublarından biri olduğunu deyərək əlavə edib ki, onlar bu mövsüm katalonların La Liqadakı ağalıqlarına son qoymağı düşünürlər. K.Ronaldo, "Barselona"ya qarşı oynamağın çox çətin olduğunu etiraf etməklə yanaşı, eyni zamanda kral klubunun azarkeşlərini sevindirmək üçün həm UEFA Çempionlar Liqasında, həm də La Liqada var gücləri ilə mübarizə aparacaqlarını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə