İstanbulun \"Fənərbaxça\" futbol klubunun UEFA Çeümpionlar Liqasına göndərilməməsi ilə bağlı Türkiyə Futbol Federasiyasının (TFF) qərarı, on minlərlə \"Fənərbaxça\" azarkeşini küçələrə töküb. Siasport.az saytı xəbər verir ki, dünəndən başlayaraq Bağdad məhəlləsinə toplanan azarkeşlər, TFF rəhbərliyinin əleyhinə sərt şüarlar səsələndirərək, doğma klublarına qarşı belə bir vəziyyətin yaranmasına görə TFF prezidenti Mehmet Alı Aydınları ittiham ediblər, eyni zamanda bunun siyasi bir qərar olduğunu açıqlayıblar. \"Fənərbaxça\"lı azarkeşlər, avqustun 28-də İstanbulda 100 mindən çox insanın iştirakı ilə möhtəşəm aksiyaya start verəcəklərini mətbuata açıqlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB