"Uraloçka" Azərbaycan millisi ilə birlikdə Qubada təlim-məşq toplanışı keçəcək

"Uraloçka" Azərbaycan millisi ilə birlikdə Qubada təlim-məşq toplanışı keçəcək

Avropa Çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə voleybol üzrə qadınlardan ibarət milli yığma komandamız təlim-məşq toplantılarını davam etdirir. Siasport.az saytı xəbər verri ki, avqustun 25-də Rusiyanın adlı-sanlı "Uraloçka" klubu vətənimizə təşrif buyuracaq. Milli yığma komandamız Quba Olimpiya Kompleksində "Uraloçka" klubu ilə bir həftəlik birgə təlim-məşq toplantıları və yoldaşlıq görüşləri keçirəcəklər.

Uraloçka klubunun baş məşqçisi Nikolay Karpol artıq bir neçə dəfədir ki, Quba şəhərində qonaq olur. Tanınmış mütəxəssis, keçmiş SSRİ-nin Əməkdar məşqçisi ölkəmizə təşrif buyurmaqdan məmnunluq hissi keçirir. Onun sözlərinə görə, hər dəfə vətənimizə gələndə heyranlıqla Respublikada aparılan yenidənqurma və abadlıq işlərinin əyani şahidi olur. O, digər tərəfdən Azərbaycanda olan qonaqpərvərlik və voleybola sevginin millimizin yeni uğurlar qazanmasına əsas olduğunu bildirib.

Mütəxəssis SSRi dövründən tanış olduğu Azərbaycan milli yığma komandasının məşqçisi Faiq Qarayevlə birgə təlim-məşq toplantılarının keçirilməsinin "Uraloçka" üçün çox faydalı olduğunu qeyd edib..

Xatırladaq ki, milli komandamız sentyabr ayının 23-də İtalyada və Serbiyada keçiriləcək Avropa Çempionatının final mərhələsində çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə