\"Milan\"ın sahibi hamamda yıxıldı...

\"Milan\"ın sahibi hamamda yıxıldı...

Deyəsən İtaliyanın \"Milan\" futbol klubunun sahibi, bu ölkənin Baş naziri Silvio Berluskoni qızlara o qədər aludə olub ki, artıq duş alanda da onları düşünüb xəyallara dalır. Siasport.az saytı xəbər verir ki, \"Milan\"ın sahibi hamamda çimərkən yıxılıb. Onsuz da adı daima qadın qalmaqallarında çəkilən S. Berluskoni haqqında yeni xəbər İtaliya idman nəşrlərinin əsas manşet xəbərinə çevrilib. İtaliyalı həçkarlarımız artıq \"Milan\"ın sahibinin əleyhinə olmazın gülməli və lətifə dolu yazıları \"partlatmaqda\" davam edirlər. Bu arada Baş nazirin həkimi Alberto Zangrillo bunu dünən gecə jurnalistlərə açıqlamasında söyləyib. O bildirib ki, Silvio Berluskoninin başı yerə dəyib və kiçik kəllə-beyin travması alıb. Alberto Zangrillo baş nazirin vəziyyətinin yaxşı olduğunu da söyləyib: "Bir az ağrısı olan Silvio Berluskoni artıq xəstəxanadan çıxıb, gəzməyə belə çıxır".

Bütün xəbərlər Facebook səhifəmizdə