“Qəbələ” finala çıxmaq şansını dəyərləndirə bilmədi

“Qəbələ” finala çıxmaq şansını dəyərləndirə bilmədi

Ukrayna paytaxtı Kiyevdə "Obolon" turnirində qrup mərhələsini uğurla adlayan "Qəbələ"nin 13 yaşa kimi futbolçulardan ibarət komandası finala çıxmaq şansını dəyərləndirə bilməyib. Siasport.az saytı xəbər verir ki, yarımfinalda "Zvezda" (Kiyev) ilə qarşılaşan təmsilçimiz 1:3 hesabı ilə məğlub olub. "Qəbələ"nin yeganə qolunu Murad Məmmədxanov aktivinə yazıb. Bu gün Hüseynqulu Quliyevin yetirmələri turnirdə son oyunlarını keçirəcəklər. Üçüncülük uğrunda mübarizə aparacaq "Qəbələ"nin rəqibi "Kiyev" FK olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə