"Qalatasaray" qapıçı problemini də həll etməyə çox yaxındır. Siasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi nəhayət ki, qapısını etibar edəcəyi qolkiperlə anlaşmaq üzrədir. Söhbət, İtaliyanın "Roma" futbol klubunun 31 yaşlı braziliyalı qolkiperi Aleksandr Donidən gedir. Baş məşqçi Fatih Terimin köməkçilərindən olan, uzun illər "Qalatasaray"ın çərçivə qoruyucusu kimi "cim bom" azarkeşlərinin qəlbini fəth etmiş Taffarelin birbaşa vasitəçiliyi ilə A.Doni ilə razılaşan "Qalatasaray" rəhbərliyi, yaxın bir həftə ərzində onunla müqavilə imzalamağa hazırlaşır. Artıq braziliyalının transfer işlərini yoluna qoyan türkiyəli meneceri Kahraman Arslan da Türkiyə mətbuatına açıqlamasında bu məlumatı təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB