Bakı Şəhər Halqasında Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüş sessiyası start götürüb.
İlk sərbəst yürüş saat 12:30-da başlayıb və 13:30-dək davam edəcək.
Sessiya çərçivəsində pilotlar trasın xüsusiyyətlərini daha yaxından öyrənəcək, bolidlərin sazlanmasını yoxlayacaq və yarışın qalan hissəsi üçün hazırlıq aparacaqlar.
Bu gün Formula 1 proqramında daha bir sərbəst yürüş sessiyası da nəzərdə tutulub. İkinci sərbəst yürüş saat 16:00-da başlayacaq və 17:00-dək davam edəcək.
Azərbaycan Qran-Prisinin əsas yarışı isə sentyabrın 26-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB