Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşünə çıxıb. SİA xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Tacikistanla üz-üzə gəlib. "Palms Sports Arena"da keçirilən qarşılaşma saat 20:00-da başlayıb. Qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan və Tacikistan milliləri indiyədək iki dəfə qarşılaşıblar. Hər iki görüşdə Azərbaycan yığması meydanı qalib tərk edib.
Hazırda FİFA-nın reytinqində Tacikistan 101-ci, Azərbaycan millisi isə 126-cı yeri tutur.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB