“Barselona” müdafiəçisi Jül Kunde üçün transferr qiyməti müəyyənləşdirib. “ElNacional.cat”-ın məlumatına görə, Kataloniya təmsilçisi Kundeyə 80 milyon avro təyin edib. “Çelsi” 27 yaşlı futbolçunun transferini ciddi şəkildə nəzərdən keçirir. London klubu Malo Qustonun “Mançester Siti”yə keçəcəyi təqdirdə, onu Kunde ilə əvəzləməyi planlaşdırır.
Bununla belə, “Barselona” bu yay fransalı müdafiəçini 80 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil. Kunde ötən mövsüm La Liqada 30 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB