Azərbaycanın iki boksçusu Serbiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın iki boksçusu Serbiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib

Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin iki boksçusu 1/4 finala yüksəlib.

SİA Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Əli Əliyev (50 kq) və Banuçiçək Nəsirli (48 kq) bu mərhələyə vəsiqə qazanıblar.

Ə.Əliyev ikinci döyüşündə slovakiyalı Adrian Zameçiki 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

O, avqustun 18-də keçiriləcək 1/4 final matçında irlandiyalı Kristian Jubani ilə qarşılaşacaq.

B.Nəsirli isə ilk görüşündə yunanıstanlı Angeliki Petroula Sduqaya üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, avqustun 17-də 1/4 final çərçivəsində polşalı Katarjina Qornisieviçlə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə