"Beşiktaş" yeni baş məşqçisini elan etdi

İstanbulun Beşiktaş" futbol klubunun yeni baş məşqçisi bəlli olub. SİA xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Bundan sonra "Qara qartallar"ı Vinçentso İtalyano çalışdıracaq. İtaliyalı məşqçi müqavilə imzalamaq üçün artıq İstanbuldadır.

Qeyd edək ki, "Beşiktaş" sabiq baş məşqçisi Sergen Yalçınla ötən ay yolları ayırmışdı. İtalyanonun son klubu isə "Bolonya" olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə