Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb

Mövsümün sonunda Azərbaycan Premyer Liqasını tərk edən “Karvan-Yevlax” daha bir futbolçu ilə yollarını ayırıb. Klubdan SİA-ya verilən məlumata görə, Qavi Tompsonun müqaviləsinin müddəti başa çatıb.

26 yaşlı nigeriyalı yarımmüdafiəçi başa çatan mövsümdə Yevlax təmsilçisinin heyətində 33 oyuna çıxıb və rəqib qapılarından 2 top keçirib.

Qeyd edək ki, “Karvan-Yevlax” ötən gün Kayl Spens və Pedro Mateuşlə vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə