Azərbaycan parataekvondoçuları Roma Qran-prisində çıxış edəcəklər

Azərbaycan parataekvondoçuları bu gün İtaliyanın paytaxtı Romada start götürəcək Qran-pridə çıxış edəcəklər.

SİA xəbər verir ki, komanda yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparacaq.

K44 kateqoriyasında Sabir Zeynalov (58 kq) və İmaməddin Xəlilov (70 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

Qeyd edək ki, Roma Qran-prisi Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə