Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
AFFA-dan SİA-ya bildirilib ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
İyunun 9-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.
Qeyd edək ki, U-20-nin Qəbələdəki toplanışı iyunun 10-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB