UEFA reytinqində Gürcüstan və Ermənistanı geridə qoyduq

Azərbaycan futbolunun UEFA ölkə reytinqindəki mövqeyi ilə bağlı yeni göstəricilər açıqlanıb. SİA xəbər verir ki, UEFA-nın ölkələr üzrə əmsallar cədvəlində Azərbaycan mövsümün yekunlarına əsasən 27-ci pillədə qərarlaşıb. Azərbaycanın ümumi əmsalı 22,937 təşkil edib. Bu göstərici ilə Azərbaycan Ermənistan, Gürcüstan, Qazaxıstan və Belarusu geridə qoyub.

UEFA reytinqinə isə 119,519 əmsalla İngiltərə başçılıq edir. Ölkələrin sıralanması son beş mövsümdə avrokuboklarda əldə olunan nəticələr əsasında formalaşdırılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə