Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb.

Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Baş məşqçi Boris Qrebennikov heyətə 14 voleybolçu cəlb edib.

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Zamiq Mayılov, Ruslan Əliyev, Həsən Tağızadə

Orta oyunçular: Mərdan Məmmədov, Yeqor Nikulenko, Əlihüseyn Məmmədov, Ramazan Ağabəyov

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou

Liberolar: Asif Əliyev, Nihad Qasımov.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını iyunun 5-7-də İsveçdə keçirəcək. Komanda İsveç və Yunanıstan yığmaları ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə