Alleqri "Milan"dan qovuldu!

İtaliyanın "Milan" futbol klubu baş məşqçisi Massimiliano Alleqri vəzifəsindən ayrılıb. SİA-nın məlumatına görə, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb. 2025-ci ilin may ayından İtaliya təmsilçisinin sükanı arxasında olan nütəxəssisin istefasına "Milan"ın 2025/2026 mövsümündə göstərdiyi zəif nəticələr səbəb olub. Belə ki, komanda ölkə çempionatında beşinci yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Qeyd edək ki, 58 yaşlı Alleqri 2025-ci ilin may ayında "Milan"ın baş məşqçisi vəzifəsinə təyin olunub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə