Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarında yığmamızın daha 3 üzvü fəxri kürsüyə qalxıb.
SİA xəbər verir ki, Nuranə Hacızadə (-48 kiloqram) və Zeyd Ələsgərov (-60 kiloqram) gümüş medala yiyələnib. -52 kiloqram çəki dərəcəsində çıxış edən Aysun Məmmədova üçüncü yer uğrunda görüşdə fransalı Alis Lopezə ipponla qalib gələrək bürünc medala sahib çıxıb.
İlk yarış günündə cüdoçularımızdan Gülşən Hüseynova (-44 kiloqram), Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
3 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 6 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderdir.
Bütün xəbərlər Facebook səhifəmizdə