"Neftçi" rumıniyalı müdafiəçini transfer edib

"Neftçi” futbol klubu növbəti transferini həyata keçirib. SİA paytaxt klubunun açıqlamasına istinadən xəbər verir ki, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin bundan sonra "ağ-qaralar"ın şərəfini qoruyacaq. 27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu "Dinamo” (Buxarest) olub. O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə