Azərbaycanın məktəbli boksçuları Avropa birinciliyində mübarizə aparacaqlar

Azərbaycanın məktəbli oğlan və qız boksçuları iyulun 23-də Serbiyanın Zlatibor şəhərində start götürəcək Avropa birinciliyində mübarizə aparacaqlar. SİA xəbər verir ki, yarış 5 gün davam edəcək.

Məşqçilər korpusu qitə birinciliyində Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Sahib Baxışlı (44 kq), Nuran Yusibli (46 kq), Abbasəli Məmmədli (48 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Sabir Rüstəmov (57 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Yusif Ağakişiyev (75 kq), Mehran Rəsulov (80 kq), Ərdəm Təkin (90 kq), Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Aysan Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (51 kq), Kəmalə Həsənova (54 kq), Emiliya Beydullayeva (57 kq) və Xumar Cəfərliyə (70 kq) şans verəcək.

Komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Qalib Əbiyev yarışın hakimləri sırasında yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə