Qadın futbolçular boşandılar

İsveç millisinin qadın futbolçuları Yuliya Ziqotti və Emma Kullberq boşanmaq üçün məhkəməyə müraciət ediblər. SİA xəbər verir ki, bu barədə “Expressen.se” məlumat yayıb.

27 yaşlı Ziqotti və 33 yaşlı Kullberq 2019-cu ildə tanış olublar. 2022-ci ildə cütlük nişanlanıb.

Klub səviyyəsində onlar həmin dövrdə İngiltərənin “Brayton” komandasında çıxış edirdilər. Hazırda Emma İtaliyanın “Yuventus”, Yuliya isə Almaniyanın “Bavariya” klubunun formasını geyinir.

“Mənim bu barədə deyəcək heç nə sözüm yoxdur. Hazırda diqqətimi futbola yönəltmişəm. Qarşıda iki vacib oyunumuz var”, – deyə Ziqotti məsələyə münasibət bildirib.

Hazırda İsveç milli komandası Millətlər Liqası çərçivəsində qarşıdakı oyunlara hazırlaşır. Futbolçular məşqlərə nişan üzüyü taxmadan çıxırlar.

Xatırladaq ki, Almaniya millisinin kapitanı Culiya Qvinn sosial şəbəkələrdə tez-tez kişilərdən intim fotolar aldığına görə şikayətlənmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə