Müntəzəm mövsümdə sonuncu tura bu gün start veriləcək

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XX turu bu gün start götürəcək. SİA-nın məlumatına görə, ilk olaraq bir oyun keçiriləcək.

34 xalla B qrupunun lideri olan "Şəki" 22 xalla altıncı - sonuncu pillədə qərarlaşan "Lənkəran"ın qonağı olacaq.

Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək.

Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə