"Vaxt tapan kimi şəhərin məşhur atraksionlarına baş çəkəcəm" - MÜSAHİBƏ

Basketbol üzrə “Gəncə” klubuna yeni transfer olunan Andre Ballının SİA-ya müsahibəsini təqdim edirik:

- “Gəncə”yə transferiniz necə reallaşdı?

- Bura transferim çox yaxşı şəkildə baş tutdu. Klubumu bəyənmirəm. Hamı məni burda çox yaxşı şəkildə qarşıladı.

- Daha öncədən Azərbaycan basketbolu haqqında məlumatınız var idi?

- Bəli, maraqlanmışdım. Əvvəllərdə sizin çempionatı izləyirdim. Ona görə də burada yadlıq çəkmədim.

- Baş məşqçi ilə nə kimi danışığınız oldu?

- O, məni çox yaxşı qarşıladı. Bir sıra məsələlər barədə danışdıq. Mənə klubun məqsədlərini izah etdi. Ümumilikdə söhbətimiz yaxşı keçdi.

- “Gəncə”də əsas məqsədiniz nə olacaq?

- Əsas işim qələbə qazanmağa töhfə verməkdir. Burada olduğum müddətdə komandadan bacardığımı öyrənməyə çalışacam.

- Gəncə şəhərini gəzmək şansınız olubsa, orada ən çox nəyi bəyəndiniz?

- Şəhəri görmək şansım olmayıb. Amma vaxt tapan kimi şəhərin məşhur attraksionlarına baş çəkəcəm.

- Azərbaycan Basketbol Liqasında XV turunda “Sumqayıt”la qarşılacağsınız. Matçdan gözləntiləriniz nədir ?

Komanda ilə ilk matçımdır. Gözləntilərim böyükdür. Var gücümlə oynamaq və matçda qalib gəlmək üçün hər cür töhfə verməyə çalışacam.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə