"”Neftçi" ilə oyuna hazırlıq yüksək səviyyədə gedir”. SİA xəbər verir ki, bunu NTD klubunun basketbolçusu Qeylin Smit klubun mətbuat xidmətinə açıqlama verib: “Biz şənbə günü baş tutacaq oyun öncəsi məşqlərdə bir-birimizlə “mübarizə” aparırıq. Qələbəyə acıq və əhval-ruhiyyəmiz daha da rəqabətcil olub. Həm liqada, həm də Kubokda qələbə qazanmaq əla idi. Və biz belə davam edə biləcəyimizi hiss edirik. Sadəcə, uzunmüddətli məqsədimizə diqqət etməliyik. Məqsəd isə çempionluqdur. Yanvar ayında komandaya qoşulan təcrübəli oyunçular sayəsində daha güclü olduq. Tez uyğunlaşdılar, amma hələ də ən yaxşı oyunumuzu göstərməmişik. Çempionatın bu mərhələsində oyundan-oyuna irəliləyirik. Lakin ilk gündən çempionluğa can atırıq. Liqanın startı çətin keçdi, amma əminəm ki, çempionatı yüksək notla bitirəcəyik. Məncə, keçən illə müqayisədə liqa daha rəqabətli olub. Komandalar keçən ildəkindən daha güclü olublar”.
Bütün xəbərlər Facebook səhifəmizdə