“Barselona” və “Atletiko” turu qələbə ilə bitirdi

“Barselona” və “Atletiko” turu qələbə ilə bitirdi

Futbol üzrə İspaniya La Liqasında XII turun növbəti oyunları keçirilib. SİA xəbər verir ki, turnir cədvəlinin lideri “Barselona” doğma meydanda “Espanyol”u 3:1 hesabı ilə məğlub edib. Digər oyunda isə “Atletiko” ( Madrid) “Las Palmas”ın qapısından iki cavabsız top keçirib.

Turnir cədvəlinə 33 xalla Kataloniya klubu başçılıq edir. “Real Madrid” 24 xalla 2-ci sırada qərarlaşıb. İlk “üçlüy”ü isə “Atletiko” tamamlayır - 23 xal.

Bütün xəbərlər Facebook səhifəmizdə