Misli Premyer Liqasında məhsuldarlıq rekordu qeydə alınıb

Misli Premyer Liqasında məhsuldarlıq rekordu qeydə alınıb. SİA Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, VII turun oyunlarında qapılara 17 qol vurulub.

Orta məhsuldarlıq 3,40-a bərabər olub.

“Səbail” – “Sabah” qarşılaşmasında (2:4) daha çox – 6 top vurulub. “Qarabağ” – “Neftçi” oyununda (4:0) dörd, “Turan Tovuz” – “Araz-Naxçıvan” görüşündə (1:2) üç qol qeydə alınıb. “Kəpəz” – “Şamaxı” matçında (0:2) və “Sumqayıt” – “Zirə” oyununda (0:2) iki top vurulub.

Tur ərzində məhsuldarlıqda mövsümün yeni rekordu qeydə alınıb. Bunadək ən çox top çempionatın I turuna təsadüf edib. Startda 5 görüşdə 16 qol vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə