"Real Madrid"in qapıçısı Andrey Lunin Madrid klubu ilə müqaviləsini uzadıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Los Blancos mətbuat xidməti xəbər verir.
Köhnə müqavilənin müddəti 2025-ci ilin iyununda başa çatıb, tərəflərin yeni razılaşması indi 2030-cu ilin yayına qədər qüvvədədir.
Lunin 2018-ci ilin yayında "Zarya"dan İspaniya klubuna keçib, ardınca "Leqanes", "Valyadolid" və "Ovyedo"ya icarəyə verilib. O, Los Blankosda 48 oyun keçirib və 51 qol buraxıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB