Azərbaycanın iki şahmatçısı dünya birinciliyində mübarizəyə başlayacaq
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmə şahmatçılar arasında rapid və blits üzrə dünya birinciliyinə start veriləcək. SİA-nın məlumatına görə, Azərbaycan yarışda iki idmançı ilə təmsil olunur.
Xəzər Babazadə və Ayan Allahverdiyeva 20 yaşa qədər şahmatçıların kateqoriyasında mübarizə aparacaq.
Qeyd edək ki, İsveçrə sistemiylə təşkil edilən turnir 9 turdan ibarət olacaq. Yarış avqustun 8-də yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB