Azərbaycanın üzgüçüsü Bolqarıstanda gümüş medal qazanıb

Azərbaycanın suya tullanma növü üzrə idmançısı Məhəmməd Hüseynov Bolqarıstanın Varna şəhərində keçirilən "Üçüncü Balkan Gənclər Çempionatı" beynəlxalq turnirində gümüş medal qazanıb. SİA Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, M.Hüseynov E qrupunda ikinci yerə layiq görülüb.

Qeyd edək ki, yarışda 10 ölkədən 110 idmançı mübarizə aparır. Azərbaycanın üzgüçüləri Anton Melnikov və Anqelina Melnikovanın rəhbərliyi altında çıxış edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə