25 yaşlı idmançı faciəvi şəkildə öldü

“Team Coop-Repsol” komandasının norveçli velosipedçisi Andre Dreqe Avstriya turunun dördüncü mərhələsinin yarışı zamanı enişdən yıxılaraq dünyasını dəyişib. SİA xəbər verir ki, 25 yaşlı idmançının faciəvi ölümünün təfərrüatları və səbəbləri açıqlanmır.

Təşkilatçıların sözlərinə görə, Dreqe Qrossqlokner dağının enişindən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib. Mərhələ qaliblərinin mükafatlandırma mərasimi ləğv edilib. Təşkilatçılar faciəyə görə final mərhələsinin ləğv edilib-edilməyəcəyini açıqlamayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə