Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

SIA xəbər verir ki, Fransa və Belçika yığmaları üz-üzə gəlib. Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılan görüş fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 85-ci dəqiqədə Belçikanın heyətində avtoqol müəllifi olan Yan Vertongen vurub.

Bununla da Fransa adını 1/4 final mərhələsinə yazdırıb.

Günün ikinci matçında Portuqaliya Sloveniyanı sınağa çəkəcək. “Frankfurt Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığmaları 1/4 finala vəsiqə qazanıblar. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə